YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Volodimir Zelenski: Ukrayna-Azərbaycan strateji əməkdaşlığı bundan sonra da hər iki ölkənin xalqlarının mənafeyi naminə fəal inkişaf edəcəkdir

Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir : “Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

2023-cü il - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ili Azərbaycan və şəxsən Sizin üçün əlamətdar il oldu. Məhz bu il Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.

Ukraynanı azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizədə dəstəklədiyinizə, Rusiya ilə müharibənin humanitar nəticələrinin aradan qaldırılmasında yardıma görə Azərbaycana və şəxsən Sizə minnətdaram.

Mən dövlətlərimiz arasında mövcud dostluq münasibətlərini, şəxsi konstruktiv və səmimi dialoqumuzu yüksək qiymətləndirirəm. Əminəm ki, hörmət və etimada əsaslanan Ukrayna-Azərbaycan strateji əməkdaşlığı bundan sonra da hər iki ölkənin xalqlarının mənafeyi naminə fəal inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, bol enerji və məsuliyyətli dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.”