YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Reallığın təcəssümü

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi barədə Sərəncam imzaladı. Sərəncama əsasən növbədənkənar prezident seçkisinin keçirilməsi 2024-cü ilin 7 fevralına təyin olundu.

Dekabrın 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Heydər oğlu Əliyevin 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi irəli sürüldü. Bu qərarın qəbul olunması obyektiv reallığın təcəssümüdür. Əslində 7 fevral seçkisinin keçirilməsi zəruri idi. Çünki Azərbaycan Zəfər qazandıqdan sonra keçiriləcək bu seçki milli dövlətçilik tariximizə Zəfər seçkisi kimi düşəcək.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə üçrəngli bayrağımızı ucaltması ilə Azərbaycan bütövləşdi. Aparılan məqsədyönlü siyasət nəticəsində gənclər son 30 il ərzində daim bu fikirlə böyüyürdü və bilirdi ki, Qarabağ təkcə torpaq məsələsi deyil, Qarabağ həm də namus, qeyrət məsələsidir. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpa olunması və bütövləşməsi xalqımızın şərəfini özünə qaytardı. Son 20 ildə əldə edilən nailiyyətlərdə Prezident İlham Əliyevin misilsiz xidmətlərinin nəticəsidir. Cənab İlham Əliyev öz fəaliyyəti ilə liderlik statusuna yeni anlamlar qazandıran bir şəxsiyyətdir. Təbii ki, O, Azərbaycanın dünya arenasında tanıdılması üçün misilsiz xidmətlər göstərib. Prezident İlham Əliyevin bütün fəaliyyəti ərzində milli məfkurəyə yönəlik siyasət yürüdüb, azərbaycançılıq ideologiyasını uca tutub, milli məfkurənin bütün dəyərlərini, bütün çalarlarını qoruyub. Dövlət suverenliyinin tam təmin olunması, beynəlxalq müstəvidə mövqelərimizin daha da möhkəmlənməsi, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı möhtəşəm uğurların nümunəsidir.