YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev irsi əbədi davam edəcək

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının inzibati binasında, Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində “Heydər Əliyev irsi əbədi davam edəcək və Müstəqil Azərbaycana daim zəfərlər bəxş edəcəkdir” mövzusunda konfrans keçirilib.

Konfransda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev, Ərazi Partiya təşkiat sədrləri, Ağsaqqallar, Gənclər, YAP fəalları və ictimai təşkilat rəhbərləri iştirak etmişdir.

İlk öncə YAP Göygöl rayon təşkilatının inzibati binasının qarşısındakı Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş sözü ilə çıxış edərək, Ulu Öndər  Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyət olduğunu qeyd edərək,  Azərbaycanın yeni tarixinin bütün uğurlarının Yeni Azərbaycan Partiyasının banisi, Müstəqill Azərbaycan Respublikasının qurucusu  Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Vüqar İsayev qeyd edib ki, bu gün Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru inamla addımlayır. Bu yol Heydər Əliyev yoludur. Bəli, tam əminliklə demək olar ki, Azərbaycanın daha gözəl gələcəyi var. Bu gün tam əminliklə deyə bilərik ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, müasir-müstəqil Azərbaycanımızın sağlam dövlətçilik əsasının dayanıqlı təməlləri üzərində, bu şərəfli siyasi yolun layiqli davamçısı Prezident İlham Əliyev çox məharətlə davam etdirir.

Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev çıxış edərək, vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə, bu gün ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbirlərin ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunduğunu bildirib,  Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları daim xalqımızın firavan həyatının təmin olunmasına, dövlətimizin güclənməsinə və qüdrətlənməsinə misilsiz töhfələr verdiyini, Onun işıqlı  və parlaq ideyalarının  dövlətimizi və xalqımızı daim zirvələrə yüksəldəcəyini qeyd edib. Bu gün Azərbaycanda Heydər Əliyev missiyasının şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirildiyini önə çəkən Arzu Qocayev uğurla davam edən missiyanın nəticəsinin misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunduğunu, bu vacib missiyanın Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən uğurla yerinə yetirildiyini, ideyaların reallığa çevrildiyini və görülən işlərin qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Konfransda partiya fəalı Kəmalə Nəhmədova “Heydər Əliyev irsi əbədi davam edəcək və Müstəqil Azərbaycana daim zəfərlər bəxş edəcəkdir” mövzusunda məruzə ilə çıxış etdikdən sonra  Partiya veteranı Adil Qarayev çıxış ediib. Bütün çıxış və nitqlərdə xalqımıza göstərilən yüksək dövlət qayğısı xüsusi olaraq vurğulanıb, xalqımızın “Tənəzzüldən-inkişafa, tərəqqidən-zəfərə” çatmasına görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə və Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə yüksək minnətdarlıq ifadə olunub. 

Tədbirin sonunda son üç gündə YAP Göygöl rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində keçirilən “Xalqa həsr olunmuş ömür” mövzusunda inşa yazı müsabiqəsinin, “Heydər Əlıiyev uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin  və “İdmanın inkişafı bizi yeni qələbələrə çağırır” devizi altında Qaçış idman növü üzrə yarışın qalibləri YAP Göygöl rayon təşkilatı tərəfindən Fəxri fərmanlar, kuboklar və hədiyyələrlə  təltif ediliblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.