YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atır. Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Bu gün Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi yolla öz gələcəyinə doğru inamla addımlayır, inkişaf göstəriciləri ilə dünyaya səs salıb. Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyanın sədri İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmışdır.

Partiya veteranları Novruz Umudov, Elmira Şıxəliyeva çıxışlarında vurğulayıblar ki, inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən partiya veteranları və fəallarına fəxri fərman təqdim olunub.