YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güclü iqtisadiyyatımız müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib.

Tədbirlərdə iştirak edən Azərbaycan Respublikasının Prezident İlham Əliyev  SPECA ilə ölkəmiz arasında uzunmüddətli əməkdaşlıq əlaqələrini,  üzv dövlətlərlə iqtisadiyyatın bir çox sahələrində həm hökumətlərarası səviyyədə, həm də Proqram çərçivəsində geniş əməkdaşlıq edildiyini vurğulayıb. Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan verdiyini vurğulayan Prezident İlham Əliyev deyib:  “Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb”.

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Azərbaycan SPECA-ya 2002-ci ildə qoşulub və fəal üzvlərdəndir. SPECA İdarəetmə Şurasının və İqtisadi Forumunun 1-ci iclası Bakıda keçirilib və 2016-cı ildə Azərbaycan quruma sədrlik edib. Bu gün dünyada geniş vüsət alan qloballaşma prosesləri müasir dövrdə iqtisadiyyatın davamlı və dayanıqlı inkişafının təmin olunmasında xarici amillərin rolunu sürətlə artırır. SPECA-ya üzv ölkələrin əksəriyyətinin açıq dənizə çıxışı olmadığına görə, iqtisadiyyatlarımızın səmərəliliyini artırmaq üçün beynəlxalq və regional nəqliyyat dəhlizlərinə cəlb olunma mühüm əhəmiyyət kəsb edir. Tarixi İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının tərəfdarı olan ölkələrimiz müxtəlif istiqamətlərdə tranzit daşımalarının səmərəli təşkilinə təminat verir. Son illərdə Azərbaycan yol-nəqliyyat infrastrukturunun inkişafına, o cümlədən müasir dəmir yolu şəbəkəsinin, dəniz limanlarının, geniş avtomobil yolları şəbəkəsinin tikintisinə irihəcmli sərmayələr yatırıb. Ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsi regional nəqliyyat və logistika marşrutlarının inkişafına yeni təkan verib.

Prezident İlham Əliyevin sədrliyi ilə SPECA-nın Zirvə görüşünün Bakıda təşkil olunması ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfələr verəcək.

DİGƏR Xəbərlər Arxiv