YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müqəddəs borcumuz

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Dövlət Bayrağı ölkənin dövlət rəmzlərindən biridir. Dövlət Bayrağı hər birimiz üçün Vətən, millət və dil qədər müqəddəsdir. Bu bayramı 50 milyonluq Azərbaycan xalqı dünyanın hər bir yerində yaşayan soydaşlarımız bu günü təntənəli surətdə qeyd edirlər. Hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının bir sözlə onların ümumiliyi olan milli ideologiyasının ifadəsidir. Bu mənada bugünki Azərbaycan Respublikasının üçrəngli bayraqda Azərbaycan Türk xalqının keçmişi, bu günü və gələcəyi öz əksini tapmışdır. Azərbaycan xalq Cumhuriyyəti Nazirlər Kabinetinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə dövlət bayrağımız qəbul edilmişdir. İlk bayrağımız al-qırmızı rəngdə olmuşdur. 1920-ci ilin 28 aprel işğalından sonra bayrağımız dövlət qurumlarının üzərindən ürəklərə köçdü. Aradan keçən 70 ildən sonra 1990-cı il noyabr ayının 17-də Naxçıvan Ali Məclisində ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cumhuriyyətinin bayrağını Muxtar Respublikanın rəsmi bayrağı kimi qəbul edilməsində mühüm rol oynadı. Belə ki, xalqın tələbi ilə, 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti Dövlət Bayrağı haqqında statusu verildi. Bayrağımızın eninin uzununa nisbəti 1:2 dir, düzbucaqlı parça şəklindədir.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən, dövlət bayrağını qəbul etdi. Dövlət bayrağının istifadəsi haqqında qanunda deyilir ki, əhali arasında Azərbaycan Respublikasının dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması gənc nəslin Azərbaycan Respublikasının dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədi ilə tədbirlər görür. Bu tədbirlərdən biri də, Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılmasıdır. Azərbaycan Respublikasının Dövlət Bayrağının hündürlüyü 162 metrdir, dünyada yeganə bayraq hündürlüyüdür ki, Ginnesin rekordlar kitabına düşmüşdür.

Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri, onun Milli Bayrağı - Dövlət bayrağıdır. Hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli – mənəvi irsi, qlobal planda maddi və mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.

DİGƏR Xəbərlər Arxiv