YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın təşəbbüsü ilə Qubada şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçiriləcək

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə oktyabrın 28-29-da Quba rayonunda şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçiriləcək.

YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirovun rəhbərliyi ilə Quba Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək aksiya çərçivəsində Rəngli-Doppler exokardioqrafiya, EKQ, USM və laborator müayinələr, endokrinoloq, nevropotoloq konsultasiyaları təşkil olunacaq.

Quba ilə yanaşı, Dəvəçi, Qusar, Xaçmaz və digər bölgələrdən olan şəhid ailəsi üzvləri və qazilər də bu aksiyadan yararlana biləcəklər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə indiyə qədər Sabirabad, Saatlı, Kürdəmir rayonları və Lənkəran şəhərində bu qəbildən olan aksiyalar keçirilib.