YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Hüseynzadə: Azərbaycanda idman hərəkatı böyük vüsət alıb

«Ümid edirəm ki, qarşıdan gələn növbəti Yay Olimpiya Oyunlarında idmançılarımızın çıxışları daha uğurlu olacaq». Bu fikri  Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Ç.Hüseynzadə  bildirib ki, ölkəmizdə idman hərtərəfli inkişaf etdirilir. Onun sözlərinə görə, Azərbaycanda idman hərəkatı böyük vüsət alıb.

«1990-cı illərin əvvəlində ölkədəki gərgin vəziyyət idmana da təsir etmişdi. Lakin bu gün Azərbaycan bütün potensialını bərpa edib və öz sözünü deyir. İdman sahəsində ildən ilə artan uğurlar bunu sübut edir»- deyə, Ç.Hüseynzadə vurğulayıb.