YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Hər günü çoxəsrlik tarixinə uğur səhifəsi kimi yazan Azərbaycanın bu gün iştirakı olmadan bölgədə hansısa iqtisadi, siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü, sözünün imzası qədər dəyərli olmasını şərtləndirən əsas amil Ümummilli Lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və son 20 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla Azərbaycanın həyatında yeni mərhələnin əsasını qoydu. Yeni Azərbaycan quruldu. 1993-cü ildən başlanan inkişaf yolu bugünkü uğurlara geniş imkanlar yaratdı. Azərbaycan Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə öz təbii sərvətlərinin əsl sahibinə çevrildi. “İqtisadiyyatı güclü  olan dövlət hər şeyə qadirdir” çağırışını edən Ümummilli Liderin müəllifi olduğu neft strategiyası davamlı uğurları şərtləndirdi. Dahi şəxsiyyət beynəlxalq əməkdaşlığa xüsusi önəm verərək bildirmişdir ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparlmadan təkbaşına iqtisadi tərqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi” Azərbaycanın bu gününə və gələcəyinə inamı artırmqla ölkəmizin yeni dostlar, tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynadı.

İqtisadi tərəqqi ümumilikdə bütün sahələrdə inkişafın təmin edilməsində əsas faktordur. Ümummilli Lider 1993-2003-cü illərdə Azərbaycanın gələcəyi üçün möhkəm təməl formalaşdırdı. İyirmi il bundan əvvəl isə Ulu Öndər Heydər Əliyev xalqa müraciət edərək qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, onun siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. Bu çağırış 15 oktyabr 2003-cü il prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərin başlanğıcı oldu.

Prezident İlham Əliyev Ümummilli Liderin xalqa müraciətində qeyd etdiyi axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməti və dəstəyi ilə  başa çatdırdı. Ulu Öndər həmin tarixi müraciətdə əminliklə “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” söyləmişdir.

20 il bu inamın, etimadın doğrulduğunu nümayiş etdirir. Hansı sahəyə baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq.  Dayanıqlı inkişafın təmin olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetidir. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Prezident İlham Əliyev ölkənin tərəqqisində iqtisadi amilin rolunu önə çəkərək iqtisadiyyatda qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləyir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etdi.

20 ilin ümumiləşdirilmiş ifadəsi budur ki, Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz və müzəffər xalq kimi tanıtdı. Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz həyatının dirçəliş mərhələsini yaşayır. Soydaşlarımız mərhələli şəkildə dogma yurd-yuvalarına qayıdırlar. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qarşıdakı dövrün aydın mənzərəsini təqdim edir.