YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 40-cı iclasında iştirak edib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Nepalın paytaxtı Katmanduda keçirilən Asiya-Avropa Siyasi Forumunun 5-ci iclası çərçivəsində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin (DK) 40-cı iclasında iştirak edib.

İclasda çıxış edən DK-nın Sədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri Çunq Eu-yonq Daimi Komitənin yeni üzvlərini təqdim edib. O, YAP Sədrinin müavini Tahir Budaqovun Yeni Azərbaycan Partiyasının DK-dakı yeni təmsilçisi qismində fəaliyyətinin ICAPP-ın qarşıya qoyduğu hədəflərə çatmasına və ICAPP-YAP əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. O, həmçinin YAP-ın təşkilatın bir çox tədbirlərinə uğurla ev sahibliyi etdiyini və ICAPP-ın ən fəal üzvlərindən biri olduğunu vurğulayıb.

Sonra çıxış edən YAP Sədrinin müavini Tahir Budaqov yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə ICAPP rəhbərliyinə və tədbirlərə ev sahibliyi edən Nepal Kommunist Partiyasına (UML) təşəkkürünü bildirib. O, ICAPP-ın yeni baş katibi Kvon He-seoqu təyinatı münasibətilə təbrik edərək fəaliyyətində uğurlar arzulayıb. Tahir Budaqov YAP ilə ICAPP arasında səmərəli əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib. O, bu məqsədlə yaxın gələcəkdə ICAPP üzvlərinin də fəal iştirakı ilə qurumun növbəti tədbirlərindən birinin Bakıda keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra çıxış edən ICAPP Daimi Komitəsinin həmsədri və xüsusi məruzəçisi, Pakistan Senatının Müdafiə komitəsinin sədri Müşahid Hüseyin Sayed dünyada sülhün və təhlükəsizliyin önəmini vurğulayaraq Azərbaycanın Qarabağ məsələsini beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının müvafiq 4 qətnaməsi əsasında həll etməsi və ərazi bütovlüyünün tam bərpasına nail olması münasibətilə YAP Sədrinin müavininə təbriklərini çatdırıb və ona DK üzvü kimi fəaliyyətində uğurlar arzulayıb.

İclasda ICAPP Daimi Komitəsinin cari il ərzində fəaliyyətinə nəzər salınıb, gələcək planlarına dair fikir mübadiləsi aparılıb, 2023-2024-cü illər üçün ICAPP-ın fəaliyyət proqramı və digər məsələlər müzakirə edilib