YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Mirzəzadə: Təəssüf ki, Azərbaycan əleyhinə aparılan çirkin kampaniyaya AŞPA-da müəyyən dairələr də qoşuldu

«Təəssüf ki, Azərbaycan əleyhinə aparılan çirkin kampaniyaya, Avropa Şurası Parlament Assambleyasında  müəyyən dairələr də qoşuldu». Bu sözləri Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, Azərbaycanla bağlı qəbul edilən qətnamə bir çox ədalətsizliklərlə zəngin idi. Onun fikrincə, Azərbaycanı məhbus məsələsinə görə ittiham etmək, eləcə də ölkəmizdə demokratik prinsiplərin pozulduğunu iddia etmək gülüncdür.

«Başqası bilməsə belə, AŞPA-nın məruzəçiləri Azərbaycana gəldikləri zaman ölkəmizdəki real şəraitlə yaxından tanışdırlar. Onlar müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşür, azad mətbuatla tanış olurlar. Beləcə, onlar Azərbaycanın açıq cəmiyyət olduğunun fərqinə varırlar. Bütün bunların fövqündə yenidən Azərbaycanı ittiham etmək ikili standartlardan cavab verir. Bu gün qonşu Ermənistanda insanların haqları pozulub və onlar polis zorakılığına məruz qalır. Eləcə də Azərbaycanın ərazisinin bir hissəsi işğal olunub, amma nədənsə AŞPA bütün bunlara göz yumur. Yəni birmənalı şəkildə ikili standart və qeyri-obyektivlik halları baş verir. Təbii ki, bunun arxasında Avropada fəaliyyət göstərən müəyyən anti Azərbaycan mərkəzləri dayanır»- deyə, A.Mirzəzadə vurğulayıb.