YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Səmədov: İlk Avropa Oyunları, həmçinin, Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğində də önəmli rol oynadı

«Birinci Avropa Oyunları ölkəmizdə böyük uğurla keçirildi. Bu hadisə   əsl idman bayramına çevrildi». Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov deyib.

O.Səmədov bildirib ki, ilk Avropa Oyunları həmçinin,  Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, ümumilikdə isə azərbaycançılığın təbliğində önəmli rol oynadı. İcraçı direktor ilk Avropa Oyunlarını böyük tarixi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyevin könüllülərin bu möhtəşəm tədbirdə fəal iştirakını yüksək qiymətləndirdiyini xatırladıb.

«Dövlətimizin başçısı gənclərin bizim üçün qürur mənbəyi olduğunu, gecə-gündüz peşəkarlıqla, böyük mədəniyyət göstərərək Azərbaycan xalqına xas qonaqpərvərliyi nümayiş etdirərək çalışdığını söyləyib. Doğurdan da, könüllülər birinci Avropa Oyunlarının davam etdiyi 17 gün ərzində ölkəmizin nə qədər böyük potensiala və gücə malik olduğunu göstərdilər”. Birinci Avropa Oyunlarının təşkilində 17 mindən çox könüllü iştirak edib. Bilik Fondunun könüllülərinin də bu möhtəşəm idman bayramında fəallıq nümayiş etdirmələri qürurvericidir»- deyə, O.Səmədov vurğulayıb.