YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qərarlıdır!

Bolqarıstanın media qurumlarında 27 sentyabr - Anım Günü ilə əlaqədar geniş məlumatlar yayılıb.

Ölkəmizin Bolqarıstandakı səfirliyindən bildiriblər ki, məlumatlarda dünya azərbaycanlıları tərəfindən sentyabrın 27-də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün qəhrəmanların xatirəsinin dərin ehtiramla yad edildiyi bildirilir.

Vurğulanır ki, 2020-ci ildə Ermənistanın davamlı şəkildə həyata keçirdiyi hərbi təxribatlara cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları keçirib. Qırx dörd gün davam edən döyüşlər nəticəsində Azərbaycan öz ərazilərini erməni işğalından azad edib və regionda yeni reallıqlar yaradıb.

Eyni zamanda, bildirilir ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşması təşəbbüsü ilə çıxış edib. Aİ-nin də daxil olduğu beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlarda vacib nəticələr əldə edilib, xüsusilə də Ermənistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıyıb.

Həmçinin bolqar oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan Qarabağ bölgəsindəki erməniəsilli əhalini öz vətəndaşları kimi qəbul edir, onların bütün hüquq və azadlıqlarını təmin etməyə hazırdır. Azərbaycan, habelə erməni əhalisi ilə azərbaycanlı sakinlərin birgə dinc yaşamasını öz öhdəsinə götürərək, bu məsələnin həllində qərarlıdır.

DİGƏR Xəbərlər Arxiv