YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əldə olunmuş Qələbə ədalətin təntənəsidir

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu azğın düşmənin layiqli cavabını verməyə başladı. 30 ilə yaxın vətən həsrəti, intiqam hissi ilə alovlanıb yanan xalqımız öz torpaqlarının azadlığı uğrunda yeddidən yetmişə kimi həmrəy olaraq vətən uğrunda mübarizəyə atıldılar. Tarixi ədaləti bərpa etmək üçün savaşan xalqımız və ordumuz 44 gün ərzində düşməni bütün sərhədlərimizdən qovub çıxardı. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücü, qüdrəti bir daha sübut etdi ki, əldə olunmuş Qələbə ədalətin təntənəsidir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi: "Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq.”

44 gün ərzində Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Bütün dünya qardaşlığımızın sarsılmaz olduğunu gördü. Müharibə dövründə Türkiyə mənəvi və diplomatik dəstək göstərərək yanımızda oldu. Türkiyə belə yanaşması ilə dünyaya bu mesajı verdi: “Türkiyə Azərbaycanın yanındadır". Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır və əbədidir. Türkiyənin yanımızda olması bizi daha da qürurlandırdı, bizə güc verdi. Biz bu gücdən istifadə edərək işğal altındakı torpaqlarımızı işğaldan azad etdik.

Qarabağ müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirib: Azərbaycan və Türkiyə hərbçiləri Azadlıq meydanında Zəfər paradında iştirak etdilər. Bu tarixi gündə Azərbaycan xalqı da Türkiyə və Azərbaycan bayraqları ilə öz dəstəklərini nümayiş etdirdilər. Türkiyə Azərbaycana həm mənəvi həm də diplomatik dəstək göstərdi. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmaz və əbədidir. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Zəfərmizin əldə olunmasına görə vətən uğrunda canından keçən şəhid və qazilərimizin haqqları ödənilməzdir. Azərbaycan xalqının öz igid oğullarına hörmət və ehtiramı sonsuzdur. Azərbaycan dövləti hər zaman böyük mənəvi və maddi dəstəyi ilə öz şəhidinin, qazisinin, veteranının yanındadır.

27 sentyabr tariximizə “Anım günü” kimi həkk olundu. Bu tarix bizim qürurla fəxr edəcəyimiz bir təqvimdir.