YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın mövqeyi haqqa, ədalətə söykənir

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

İllərdir Azərbaycan təcavüzkar xislətindən əl çəkməyən işğalçı Ermənistan hökumətinin ölkəmizə qarşı apardığı terror-təxribat dolu mənfur əməlləri ilə mübarizə aparır. Sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməlləri Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulmasını və tərk-silah edilməsini, lokal xarakterli antiterror tədbirlərinin həyata keçirməsini qaçılmaz etdi. Haqq, ədalət, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi yolunda uğurla irəliləyən ölkəmiz cəmi bir gün ərzində ermənilərin qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edən terrorçu dəstələri tərk-silah edilərək təslim olmağa məcbur etdi.

Ölkə Prezidenti cənab İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində qeyd etdiyi kimi, Ermənistan rəhbərliyi əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, bunu öz xoşu ilə etməyib, bunu “dəmir yumruq” hesabına etməyə məcbur olub.

Bu təxribat ermənilərin həyata keçirdiyi ilk mənfur əməl deyil. Ermənilər 1990-cı ildən bu yana Azərbaycanın ərazi bütövlüyünü pozmaqla yüzlərlə mülki vətəndaşı qətlə yetirib. İşğalçı Ermənistanın təcavüzkar terrorçu qüvvələrinin növbəti hərbi təxribatının qarşısını layiqincə alınması, bir daha təsdiqlədi ki, Azərbaycan öz maraqlarını müdafiə edir, haqqa, ədalətə söykənən mövqeyini dəstəkləyir.

Ölkəmizin hər zaman prinsipial mövqeyini dünyanın ən ali kürsülərindən beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyətlə bəyan etdiyi kimi Azərbaycan işğal faktı ilə barışmadı və işğal altındakı torpaqlarımızı azad etdi, erməni qəsbkarlarının 30 il ərzində ağlasığmaz vandalizm aktlarını həyata keçirdiyi tarixi torpaqlarımız əsl sahiblərinə qaytarıldı. Düşmənin ötən əsrin 90-çı illərin əvvəllərində işğal etdiyi, vəhşicəsinə dağıtdığı, etnik təmizləməyə məruz qoyduğu yurd yerlərimiz yenidən cənnətə çevrilməyə başladı. Azərbaycan xalqının əzmi, gücü, qətiyyəti ilə illərlə işğal altında qalan torpaqlarda bu gün geniş quruculuq işləri aparılır, yol, enerji, su və digər kommunikasiya layihələri gerçəkləşdirilir. Düşmən isə məkirli əməllərindən əl çəkmək istəmir...

“Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər – nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin” Prezident İlham Əliyevin xalqa müraciəti zamanı qətiyyətlə bəyan etdiyi bu fikirlər bir daha təsdiq edir ki, Azərbaycan haqq yolundadır, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!