YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Unutmuruq!

Biləsuvarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vətənin qəhrəman övladlarının xatirələri anılıb.

Rayonun Ağalıkənd kəndində şəhid Məmmədov Məhəmməd Bilal oğlunun, Amankənd kəndində isə şəhid Hüseynov Ziyarət Mail oğlunun  şəhadələrinin birinci ildönümləri ilə əlaqədar anım tədbirləri keçirilib.

Anım mərasimlərində Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Məhəmməd və Ziyarətin şərəfli həyat və döyüş yolundan, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs ediblər.  

Qeyd edək ki, Vətən müharibəsində də iştirak edən Məhəmməd Məmmədov və Ziyarət Hüseynov 2022-ci ilin sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıblar.

Biləsuvar rayonunun Çaylı kəndində Vətən müharibəsi şəhidi Kərimov Elvin Mürşüd oğlunun anadan olmasının 38-ci ildönümü ilə əlaqədar xatirəsi anılıb. YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, partiya fəalları şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Daha sonra şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

DİGƏR Xəbərlər Arxiv