YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eros Bologna: Azərbaycan 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək iqtidarındadır

“Bakı-2015” ilk Avropa Oyunlarının təşkilatçılığının səviyyəsi göstərdi ki, Azərbaycan 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək iqtidarındadır.

Bu sözləri San-Marinonun Milli Olimpiya Komitəsinin baş katibi Eros Bologna birinci Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşərkən söyləyib. O deyib: “Müxtəlif ölkələri təmsil edən çoxsaylı idmançıları bir araya gətirən bu yarışlar Azərbaycana öz potensialını nümayiş etdirmək imkanı verdi”.

“Bakı-2015”də iştirak etmiş San-Marino nümayəndə heyətinin rəhbəri Federiko Valentini isə ilk Avropa Oyunlarının onda böyük təəssürat yaratdığını bildirib: “İlk Avropa Oyunları ən yüksək qiymətə layiqdir. Atletlər Kəndinə çatan kimi yüksək səviyyəli xidmətin şahidi oldum. Burada hər cür şərait var idi. İdmançıların hamısı keyfiyyətli ərzaq məhsulları və rahat nəqliyyat vasitələri ilə təmin olunmuşdu. Oyunların keçirildiyi 17 gün ərzində hər şəy ən yaxşı səviyyədə təşkil edilmişdi. Azərbaycanda gələcəkdə də təşkil olunacaq mötəbər idman tədbirlərində məmnuniyyətlə iştirak edəcəyik. Bu tarixi tədbirin iştirakçısı olduğum üçün özümü çox şanslı hesab edirəm. İlk Avropa Oyunları yaddaşımda heç vaxt unutmayacağım izlər buraxdı”.