YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakının möhtəşəm fotoları yayılıb

Bakı Media Mərkəzi birinci Avropa Oyunları ərəfəsində Bakının möhtəşəm fotolarını lentə alıb.

Səmadan çəkilən fotolarda “Alov qüllələri” kompleksi, “Baku Crystal Hall”, Bayraq Meydanı, Bakı Olimpiya Stadionu və digər obyektlər əks olunub.

Burada əsas diqqəti çəkən ekzotikliyi ilə seçilən Bakı Olimpiya Stadionunun fotogörüntüləridir. Şəkillər gecə çəkildiyindən işıqlar sanki şəhərimizin parlaqlığına məxsusi ovqat bəxş edir. Müxtəlif idman yarışlarının keçirildiyi bu möhtəşəm tədbir çərçivəsində belə fotogörüntülərin yayılması, idmançılarımızın əldə etdiyi uğurlarla yanaşı, sevincimizi ikiqat artırır.