YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi əzizdir!

Ağstafada Vətən müharibəsi şəhidi Namazov Taleh Zülfəli oğlunun şəhadətinin ildönümü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin məsul işçiləri, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Taleh Namazov 2020-ci il sentyabr ayının 30-da Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.