YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətçilik uğrunda

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının yaradılmasının 30 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub. Sonra “Şəhidlər” abidə kompleksi ziyarət edilib.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. O, rayon təşkilatının 30 il ərzində keçdiyi yola nəzər salıb. Qeyd olunub ki, YAP Tərtər rayon təşkilatı ilk yaradılan rayon təşkilatlarından biridir. Sıralarında 7035 üzvü birləşdirən rayon təşkilatı 1993-cü ilin 25 iyul tarixində təsis edilib. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşıda daha böyük uğurları hədəfləyib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vurğulayıb ki, Ulu Öndərin siyasi mirası olan Yeni Azərbaycan Partiyası nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçib, bir çox uğurlara imza atıb. Qeyd olunub ki, müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. 

Səhləbad ərazi partiya təşkilatının sədr müavini, Vətən müharibəsi iştirakçısı Səbuhi İbrahimov, Rayon Statistika İdarəsinin rəis müavini İradə Rəfiyeva çıxışlarında Yeni Azərbaycan Partiyasının yaradılmasından, o dövrdə ölkədəki ictimai-siyasi durumdan, Ümummilli Liderin partiyanı ümumxalq partiyasına çevirməsindən danışıblar.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman və partiya sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.