YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyalı idmançı: Azərbaycan Olimpiya Oyunları ab-havasını yaradıb

"Azərbaycan I Avropa Oyunlarında Olimpiya Oyunları ab-havasını yaratmağa nail oldu". Bunu Trend-ə almaniyalı badmintoçu Diter Domke deyib.

Onun sözlərinə görə, Oyunların açıllş mərasimi möhtəşəm oldu: "Özümü olimpiadadakı kimi hiss edirəm".

Azərbaycanda ilk dəfə olduğunu deyən idmançı qeyd edib ki, Bakı çox xoşuna gəlib: "Ümid edirəm ki, Bakıya yenə gələcəyəm. Bura çox gözəldir".

D.Domke Oyunlarda yüksək nəticə göstərəcəyinə ümid etdiyini vurğulayıb.