YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətiyyətli mövqe

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

İyulun 21-23 tarixlərində  Şuşada “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu baş tutdu. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edirdi. Forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək jurnalistlərin suallarını cavablandırıb.  

Cənab İlham Əliyev ilk öncə Qarabağ bölgəsində işğaldan sonrakı bərpa-quruculuq işlərindən, həmçinin Ermənistanla aprılan danışıqlardan bəhs edərək mövcud situasiyanı dəyərləndirmişdir.  

Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin və Qazaxıstan tərəfindən incəsənət mərkəzinin tikilməkdə olduğunu söyləyən dövlətimizin başçısı hər ikisinin inşasının davam etdiyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, məktəb avqustun, gənclər üçün olan incəsənət mərkəzi isə ilin sonuna qədər hazır olmalıdır. “Bunlar dəstək rəmzidir və müharibədən sonra xaricdən aldığımız dəstək bu qədər olmuşdur. Qeyd etməliyəm ki, bu, çox mühüm bir jest və həmrəylik nümunəsi idi”.

"Hesab edirəm ki, mərhələli yollarla şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq. Laçın şəhərinin timsalında deyə bilərəm ki, cəmi səkkiz ay ərzində Laçın şəhəri tamamilə yenidən quruldu və bu gün orada 700-dən çox ailə üçün şərait - həm fərdi evlər, həm çoxmənzilli evlər var. Sentyabrın 15-dək məktəb də, uşaq bağçası da, xəstəxana da hazır olacaq. Digər sosial obyektlər də inşa edilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Ermənilərin Azərbaycan ərazisində uzun müddətdir ki yaşamadığını, heç də özlərinin iddia etdiyi kimi yerli xalq olmadıqlarını Forum iştirakçılarının diqqətinə çatdıran cənab Prezident qeyd etmişdir ki, onların Qarabağa kütləvi köçü XIX əsrin birinci yarısında başlamışdır. 1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığının, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın digər xanlıqlarının da Rusiya imperiyasının daxilinə salındığını xatırladan dövlətimizin başçısı qeyd edib: “Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var. Görkəmli dövlət xadimlərinin yazıları, məktubları, açıqlamaları - bütün bunlar tarixən təsdiqlənir. Yəni, onlar bu torpaqlara, Qarabağ torpağına, o cümlədən Şuşaya qonaq kimi gəlmişdilər”.

Məlumdur ki, ermənilər öz əməllərini başqasının adına yazmaqda kifayət qədər peşəkardırlar. Müharibədən sonra erməni abidlərinin məhv edildyi barədə cəfəngiyyatla dünyanı çaşdırmağa çalışan bu nankorların cavabını cənab Prezident kəskin və qəti şəkildə vermişdir. “Errməni xalqının tarixi mirasına əl dəymirik. Şuşada erməni kilsəsi var, hər kəs gedib baxa bilər, orada bir daşa da dəyilməyib, əksinə, ora qorunur. Yəni, biz törətdikləri əməllərə görə onlardan qisas almaq fikrində deyilik.”

Cənab Prezident indiyə qədər erməni yalanlarından və iftiralarından yorulmuş dünyaya bir daha bəyan etmişdir. “Mən onu demişdim - hələ müharibə vaxtı və müharibədən sonra biz qisası döyüş meydanında almalı idik və aldıq, şəhidlərimizin qanını da döyüş meydanında aldıq. Biz dinc əhaliyə qarşı heç vaxt atəş açmamışıq. Amma onlar müharibə zamanı bizim dinc şəhərlərimizi “İskəndər”, “Toçka-U”, “Skad” raketləri ilə atəşə tuturdular. Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq bu namərd atəş nəticəsində həlak olmuşdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bu yaddaşın silinmədiyini, silinməyəcəyini və silinməməli olduğunu diqqətə çatdıran Prezident bildirib: “Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır. Yenə də deyirəm, qisas almaq üçün yox, unutmamalıdır ki, heç vaxt təkrarlanmasın”.

İkinci Qarabağ Müharibəsində təkcə ermənilərin yox, erməni faşizminin belinin qırıldığını qeyd edən ölkəmizin başçısı 30 il ərizndə törədilən vəhşiliklərin, faşist xislətli erməni nasistlərinin barbarlıqlarının xalqın qan yaddaşında dərin izlər buraxdığını bildirərək bunu unutmağın, yaddan çıxarmağın mümkün olduğunu bildirmişdir. “Bəlkə bu acı məğlubiyyət, İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyət onlara dərs olacaq və onlar oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə yaşasınlar, öz günahlarını etiraf edəcəklər, öz cinayətlərini etiraf edəcəklər, cinayətkarları məsuliyyətə cəlb edəcəklər.  Artıq bu proses başlayıb. Ermənistanda əli Azərbaycan xalqının qanına batmış cəlladlar erməni hakimiyyəti tərəfindən cəzalandırılır. Bu, ədalətlidir və bunun davamı olmalıdır”, - deyən dövlətimizin başçısı ancaq bu təqdirdə xalqlar arasında real barışığın ola biləcəyini qeyd edib. Bildirib ki, sülh müqaviləsi imzalana bilər, ancaq əsas məsələ ondadır ki, ictimai müstəvidə barışığa doğru addımlar atılsın, onlardan birincisi ermənilərin öz günahlarını etiraf etməsidir.”

Tarixdən bəllidir ki hər dəfə onun, bunun təhriki ilə baş qaldırıb amansız qətlləri törədən ermənilər bir müddət keçəndən sonra burunları əzilir və acınacaqlı duruma düşürlər. Təəssüf ki, bu vəziyyətdən ibrət dərsi almaq yadlarından çıxır.  

Lakin indi nə dünya əvvəlki deyil, nə də Azərbaycan xalqı onların məkrli hiylələrini aldanacaq qədər sadəlövh deyil. Yalnız və yalnız öz günahlarını etiraf edib sakit və qanunlara tabe olma şəraitində yaşamağı qəbul edənlər Azərbaycan vətəndaşı kimi bütün hüquqlardan istifadə edə bilərlər. Əks təqdirdə Azərbaycan xalqı və dövləti separatizmin də faşizmin də onlara baha başa gələcəyini bir daha göstərə bilər.

Ölkəmizin başçısının söylədikləri təkcə ermənilərə deyil, həm də onların havadarlarına yönəlmiş mesajlar idi. Hamının kifayət qədər düşünmək imkanı var və düşünmək zorundadırlar. Ya bizim təkliflərimizi qəbul edib dinc şəraitdə yaşamaq, ya da gəldikləri kimi çıxıb getmək zorunda qalmaq. Hər halda Azərbaycanın dövlət başçısının qəti mövqeyi ağlı başında olan hər kəsi qəflət yuxusundan oyadacaq qədər aydındır.