YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Zakir Həsənov: Silahlı Qüvvələrin üzərinə düşən yeganə vəzifə düşməni darmadağın etməyə hər an hazır olmaqdır

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümü münasibətilə hesabat xarakterli məqaləsində qeyd edir ki, ordumuz son bir ildə bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etməklə tam hərbi üstünlüyə yiyələndiyini sübuta yetirdi. Biz düşmənə gücümüzü göstərməklə onlara aydın başa saldıq ki, münaqişənin yeganə çıxış yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məqsədilə erməni silahlı birləşmələrinin ərazilərimizi birdəfəlik və qeyd-şərtsiz tərk etməsidir. Düşmən bunu anlamalıdır. Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşən yeganə vəzifə isə düşməni darmadağın etməyə hər an hazır olmaqdır. Biz buna hazırıq və bütün qoşun növlərində döyüş hazırlığının gücləndirilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və döyüş əzminin yüksəldilməsi məqsədilə daim keçirilən döyüş atışlı təlimlər, məşqlər qələbə gününün uzaqda olmadığına sübutdur.

Azərbaycanın müdafiə naziri daha sonra qeyd etmişdir: “Ordumuzun güclü potensialı tam əminliklə deməyə əsas verir ki, bundan sonra da nəzərdə tutulan bütün işlər, qarşıya qoyulan məqsədlər uğurla yerinə yetiriləcəkdir. Biz Ali Baş Komandan tərəfindən qarşımıza qoyulan bütün vəzifələrin öhdəsindən gəlmək üçün bundan sonra da səy və bacarıqlarımızı əsirgəməyəcəyik”.