YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycanı müstəqil siyasət və dinamik inkişaf yolundan sapdırmaq mümkün deyil

«Dünyada bəzi dövlətlər zaman-zaman açıq və gizli şəkildə Azərbaycana təzyiqlər göstərməyə çalışıblar. Məqsəd bu olub ki, ölkəmiz onların diqtəsi ilə hərəkət etsin». Bu fikirləri Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, bu cəhdlərin heç biri bu günə kimi baş tutmayıb. Onun sözlərinə görə,  Azərbaycanı müstəqil siyasət və dinamik inkişaf yolundan sapdırmaq mümkün deyil.

«Almaniyanın bəzi dairələri tərəfindən son zamanlar Azərbaycana qarşı atılan haqsız addımlar çox təəssüf  hissi doğurur. Azərbaycanla bağlı sərgilənən bu yalnış mövqe, atılan bu haqsız addımlar təəssüfedici olmaqla yanaşı, həm də bir qədər təəccübləndiricidir. Amma bütün hallarda, belə təzyiqlər heç bir nəticə verməyəcək. Çünki onların heç bir əsası yoxdur»- deyə, E.İbrahimov vurğulayıb.