YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Naftalanda vətəndaşları qəbul edib

Milli Məclisin deputatı Anar Məmmədov Naftalan şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Naftalan şəhər Ağsaqqallar Şurasının sədri, şəhid ailələrinin üzvləri və ziyalılar iştirak ediblər.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək, xatirəsi ehtiramla anılıb.

Daha sonra Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən Anar Məmmədov onların müraciət, təkliflərini dinləyib. Dinlənilmiş müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədi ilə qeydiyyata alınaraq nəzarətə götürülüb. Qanunvericiliyə uyğun olan bəzi müraciətlər həll olunması üçün aidiyyəti orqanlara yönləndirilib. Bir neçə məsələ yerində həllini tapıb.

Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.