YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Oğuz rayon təşkilatının yaradılmasının 30 illiyi qeyd olunub

Oğuz rayonunda Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının yaranmasının 30 illiyi qeyd olunub.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb və əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Oğuz  Rayon İcra Hakimiyyətinin başçısı əvəzi Etibar Yusubov, RİH-in məsul şəxsləri, YAP Oğuz rayon təşkilatının əməkdaşları, rayonun idarə müəssisə rəhbərləri, partiya veteranları və ərazi partiya təşkilatlarının sədrləri iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə məruzə ilə çıxış edən YAP Oğuz  rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyinin əsasını qoydu: “Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var - xalqın partiyanın sədrinə olan sevgisi və inamı. Zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz uğurlu gələcəyini təmin etdi.”

Dövlət Aqrar İnkişaf Mərkəzinin Oğuz  rayon  şöbəsinin  rəisi, partiya  veteranı Azad Əliev, Bucaq kənd tam orta məktəbinin direktoru, partiya veteranı Svetlana Rüstəmova, Şəki-Zaqatala regional Gənclər İdman idarəsinin Oğuz rayon sektorunun müdiri, pariya fəalı Şaiq Rüstəmov, Mollalı kənd tam orta məktəbinin direktoru, partiya fəalı Gülbala Həmidov, Calut kənd tam orta məktəbinin direktoru, partiya veteranı Lətif Abbasov çıxışlarında bildiriblər ki, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınması, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı: “Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi və cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Ulu Öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü. O, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.”

Tədbirin sonunda bir qrup partiya veteranına YAP Oğuz rayon təşkilatının fəxri fərmanları təqdim olunub.