YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı-2015”i İtaliyanın “Sky Sport” kanalı ilə rekord sayda tamaşaçı izləyir

“Bakı-2015”in yarışlarını İtaliyanın “Sky Sport” idman kanalı ilə bu ölkənin idmansevərləri canlı izləyirlər.

İtaliyanın “Corriere dello sport” idman saytında yerləşdirilmiş məlumatda bildirilir ki, “Bakı-2015” başladığı gündən indiyədək rekord sayda - təxminən 2 milyon tamaşaçı yarışları “Sky Sport” vasitəsilə izləyir. Bu kanalda mütəmadi olaraq həm canlı yarışlar, həm də “Bakı-2015” ilə bağlı müxtəlif idman proqramları nümayiş etdirilir. Bugünədək “Sky Sport” Oyunları 250 saat canlı yayımlayıb. Hər bir idman növü üzrə ixtisaslaşmış 33 idman şərhçisi yarışlar boyu tamaşaçıları məlumatlandırır. Ümumilikdə “Bakı-2015”in açılış mərasimindən - iyunun 12-dən bugünüdək kanalın izlənməsində 20 faiz artım müşahidə olunub. Bu da bütün Avropa ölkələrində, o cümlədən İtaliyada “Bakı-2015” ilk Avropa Oyunlarının maraqla izlənildiyini göstərir.