YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə parlamentləri ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər

İki qardaş ölkənin parlament sədrləri görüşüblər

İyulun 12-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Əvvəlcə parlament sədrləri arasında təkbətək görüş olub.

Sonra TBMM-in sədri Milli Məclisin Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.

Sahibə Qafarova TBMM sədrini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, Türkiyədə keçirilmiş seçkilərdə Rəcəb Tayyib Ərdoğanın yenidən dövlət başçısı seçilməsinin Azərbaycanda da sevinclə qarşılandığını bildirib.

Dövlət başçılarımızın şəxsi dostluq münasibətlərinin Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin və strateji müttəfiqliyinin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rolu qeyd olunub.

Milli Məclisin sədri dövlətlərimizin və xalqlarımızın xoş gündə də, çətin gündə də bir-birinin yanında olduğunu vurğulayıb.

Ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, parlamentlər səviyyəsində də geniş əlaqələrin qurulduğunu xatırladan S.Qafarova qanunverici orqanlarımızın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiklərini vurğulayıb. Bu ilin aprelində Milli Məclislə TBMM arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə edilib

TBMM-in sədrinə, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, sülh prosesinin gedişi barədə məlumat verilib.

TBMM sədri kimi ölkəmizə ilk səfərindən məmnunluğunu bildirən Numan Kurtulmuş qardaş Azərbaycan dövlətinin və xalqının mühüm tarixi dövr yaşadığını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanın öz torpaqlarını 30 illik işğaldan azad etməsi tarixi zəfərdir və Cənubi Qafqaz regionunda bu ölkənin gücünün göstəricisidir.

N.Kurtulmuş diqqətə çatdırıb ki, bu gün Türkiyə də mühüm hədəflərə doğru irəliləməkdədir və 100 ildə böyük inkişaf yolu keçib. TBMM sədri bu ilin fevralında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının qardaş dəstəyini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.