YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Türkiyə də, Azərbaycan da yeni dönəmin başlanğıcındadır"

Türkiyə Böyük Millət Məclisinin sədri kimi ilk səfərimi qardaş Azərbaycana etməkdən şərəf duyuram. Ölkələrimiz arasında əlaqələrdə parlamentlərarası münasibətlər də mühüm rol oynayır. Biz ölkələrimiz parlamentlərarası əlaqələri daha da möhkəmləndirməli, yeni səviyyəyə qaldırmalıyıq.

Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş iyulun 12-də Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirilən görüşdə deyib.

Ölkələrimiz arasındakı sıx münasibətlərdən danışan TBMM-nin sədri Türkiyə zəlzələdən zərər görəndə ilk köməyə məhz Azərbaycanın gəldiyini bildirib, buna görə dərin təşəkkürlərini ifadə edib.

Ölkələrimiz arasında əlaqələrin möhkəm əsaslara söykəndiyini vurğulayan Numan Kurtulmuş deyib: “Türkiyə də, Azərbaycan da yeni dönəmin başlanğıcındadır. Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib. Zəfərdən sonra Azərbaycanın qarşısında yeni imkanlar açılıb. İnanırıq ki, qardaş Azərbaycan daha güclü ölkə olmaq uğrunda bundan sonra da inamla mübarizə aparacaq”.