YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ibtimes” portalı birinci Avropa Oyunları ilə bağlı geniş reportaj yayıb

Böyük Britaniyanın “Ibtimes” portalı “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı geniş reportaj yayıb.

Videoreportajda Avropa Oyunlarının əhəmiyyəti, britaniyalı atletlər üçün yaradılan şərait və qazanılan uğurlardan bəhs edilir.

“Dumanlı Albion”u təmsil edən hündürlükdən suya tullanma üzrə idmançılar reportajda Atletlər Kəndində onlar üçün yaradılan şəraitdən məmnunluqlarını bildiriblər. Qeyd edilib ki, Böyük Britaniya komandası möhtəşəm Bakı Su İdmanı Sarayında keçirilən yarışlarda 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Reportajda müxtəlif növlər üzrə 1 dəst medala sahib çıxan Ceyms Hitli deyir: “3 medal qazandığım üçün çox gözəl hisslər keçirirəm. Bu cür nəticə əldə edəcəyimi gözləmirdim. Düşünürəm ki, ümidlərim doğruldu”.

Daha bir qızıl medal qazanan Metyu Li isə Avropa Oyunlarında və Atletlər Kəndində möhtəşəm ab-havanın olduğunu qeyd edib.

“Bu mənim karyeramda ilk multi-idman yarışıdır. Atletlər Kəndində olan belə gözəl ab-havanı birinci dəfədir ki, duyuram. Bu, möhtəşəm hissdir. Həyatımın ən gözəl təəssüratlarıdır. Ümid edirəm ki, “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanacağam. Bunun üçün çox çalışmalıyam”, - deyə atlet bildirib.