YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Joan Kusko: Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkürümü bildirirəm

Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkürümü bildirirəm. Yarışda Azərbaycan və İsveçrənin güclü komandasını gördükdə çox sevindim. Avropanın tanınmış yığma komandaları Azərbaycanda toplaşıb. Tamaşaçılar maraqlı yarışları izləməkdən zövq alırlar.

Bu sözləri iyunun 23-də FİFA-nın idarə heyətinin üzvü, Dünya Çimərlik Futbolu Federasiyasının vitse-prezidenti Joan Kusko ötən günün yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Biletlərin tam satıldığını bildirən Joan Kusko bu günədək keçirilən çempionatlarda ən yaxşı stadionun məhz Azərbaycanda olduğunu qeyd edib. Yeni azarkeşlər qazanmaqda iddialı olduqlarını söyləyən Joan Kusko yüksək səviyyəli yayım vasitəsilə daha geniş sponsorlar cəlb edəcəklərinə əminliyini vurğulayaraq deyib: “İnsanları bu yarışlar ilə maraqlanmağa çağırıram. Bizim idman növü gəncdir. Lakin Bakıda fenomenal yarış olacaq. “Bakı-2015” birinci Avropa Oyunlarına qatılmaq bizim üçün mötəbər xəbər oldu. Bu Oyunlarda iştirak Olimpiya Oyunlarına yaxınlaşmağımız üçün böyük fürsətdir. Doğurdan da inanılmaz məkanlardır. “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi bizim üçün müvafiq meydançanın yaradılmasında əlindən gələni edib. İdmançılar üçün yaradılan infrastruktur möhtəşəmdir. Dünya səviyyəli yarışlar keçiriləcək. Oyunlardan sonra bu idman növünün böyük mirası qalacaq və idmanın təşviqinə xidmət edəcək”.