YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniya Olimpiya Komitəsi idarə heyətinin üzvü ilk Avropa Oyunlarının təşkilindən heyrətləndiyini deyib

Almaniyanın nüfuzlu mətbuat orqanları, o cümlədən “Sport1.de” portalı “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı “Almaniya Olimpiya Komitəsinin rəyi müsbətdir” adlı məqalə yayıb.

Məqalədə Almaniya Olimpiya Komitəsi idarə heyətinin üzvü, yarışlarda iştirak edən Almaniya nümayəndə heyətinin rəhbəri Dirk Şimmelpfenniq ilə müsahibə də yer alıb. D.Şimmelpfenniq müsahibəsində həm Almaniya millisinin Avropa Oyunlarında əldə etdiyi uğurlardan, həm də yarışların təşkilindən məmnun olduğunu bildirib. O, Avropa Oyunları kimi böyük idman tədbirinin təşkilindən heyrətləndiyini deyib: “Həm yarışların keçirildiyi yerlər, həm Atletlər Kəndi, həm də nəqliyyat tamamilə Olimpiya standartlarına uyğundur”.

Dirk Şimmelpfenniqin Avropa Oyunları ilə bağlı fikirlərinin yer aldığı daha bir məqalə isə “Die Welt” qəzetində dərc olunub.

“Bakı ilk Avropa Oyunları ilə başlanğıc etdi”, - deyən D.Şimmelpfenniq birinci Avropa Oyunlarının Olimpiya standartlarına uyğun şəkildə təşkil edildiyini diqqətə çatdırıb. Əlavə edib ki, Azərbaycan belə göstəricilərlə Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər.