YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrlandiyalı boksçu Brendan İrvin: Birinci Avropa Oyunlarında yaşadığım hisslər möhtəşəmdir

Birinci Avropa Oyunlarında yaşadığım hisslər möhtəşəmdir.

Bu sözləri “irishmirror.ie” saytına müsahibəsində birinci Avropa Oyunlarında iştirak edən irlandiyalı boksçu Brendan İrvin deyib. Boks yarışlarında qalib gələrək medal uğrunda mübarizəsini davam etdirən Brendan birinci Avropa Oyunlarında iştirak etməyin onda qürur hissi yaratdığını vurğulayıb.

İdmançı yarışların, məşq proseslərinin son dərəcədə mükəmməl təşkil edildiyini bildirib. Ümumiyyətlə, Azərbaycanı çox bəyəndiyini qeyd edən irlandiyalı boksçu milli mətbəximizi xüsusilə sevdiyini deyib.