YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq “Xəzər neft və qaz 2014” sərgi və konfransında dünyanın 28 ölkəsindən 400-dən çox şirkətin iştirakı gözlənilir

İyunun 3-dən 6-dək Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunun ən böyük tədbiri sayılan XXI Azərbaycan Beynəlxalq “Xəzər neft və qaz 2014” sərgi və konfransı keçiriləcəkdir. Hər il “Caspian oil and gas” sərgisi neft və qazın hasilatı və emalı, eləcə də nəqletmə və logistika da daxil olmaqla, servis xidmətləri sahəsində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün neft sənayesinin aparıcı mütəxəssislərini və liderlərini bir araya gətirir.

Bu il sərgidə dünyanın 28 ölkəsindən 400-dən çox şirkətin iştirakı gözlənilir. Sərgi sahəsinin 70 faizdən çoxu dünyada məşhur şirkətlər tərəfindən tutulmuşdur. Onların arasında “Əsrin müqaviləsi”nin iştirakçıları ilə yanaşı, sərgi və konfransın daimi iştirakçılar da vardır. Bunlar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “bp”, “Statoil”, “TPAO”, “Lukoil” və s. böyük şirkətlərdilər. ARDNŞ-in baş sponsor qismində çıxış etdiyi sərgidə bu il Böyük Britaniya, Almaniya, İtaliya, Çin, Rusiya, ABŞ və Fransadan səkkiz milli qrup iştirak edəcəkdir. Ümumilikdə isə iştirakçıların 21 faizini təşkil edən və əvvəllər heç vaxt Azərbaycan bazarına çıxmayan yeni şirkətlərin bu sərgidə iştirakı tədbirə marağın artdığını bir daha təsdiqləyir.

Sərgi çərçivəsində ardıcıl olaraq iki ildir “bp” şirkətinin və onun “Azəri-Çıraq-Günəşli” (AÇG), “Bakı-Tbilisi-Ceyhan” (BTC), “Şahdəniz” (ŞD) və “Cənubi Qafqaz boru kəməri” (CQBK) layihələri üzrə tərəfdaşlarının təşəbbüsü ilə “Alıcı ilə tanış olun!” şüarı altında tədbir keçiriləcəkdir. Tədbirdə istismar təminatı, mühəndis-texniki işlər, inşaat, maddi-texniki təchizat, tullantıların toplanması və utilləşdirilməsinin idarə olunması, müxtəlif işgüzar xidmətlərin göstərilməsi və s. sahələrdə ixtisaslaşan yerli şirkətlər iştirak edəcəklər.