YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Heydər Əliyev irsi bugünkü uğurlarımızı şərtləndirir

Şamaxıda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində iyunun 22-də YAP Şamaxı rayon təşkilatı “Nə qədər ki Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı  tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışıb. O bildirib ki, Azərbaycan tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib.

YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən olan Tahir Məmmədov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib. Heydər Əliyevin zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. T.Məmmədov Ümummilli Liderin milli-mənəvi dəyərlərimizə verdiyi dəyərdən danışıb və bu istiqamətdə görülən işlərə diqqət çəkib.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əsgərov Ulu Öndər Heydər Əliyevin elm və təhsil sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlardan söz açıb və Onun əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini vurğulayıb.  Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafına xidmət edən siyasətini Onun layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir.

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qeyd edib ki, Heydər Əliyev bütün həyatı boyu doğma xalqının inkişaf və tərəqqisi uğrunda çalışmış, Azərbaycanı üzləşdiyi çətinliklərdən xilas etmiş, ölkəmizə böyük uğurlar qazandırmış dahi şəxsiyyətdir. Bu gün Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanı Prezident İlham Əliyev dünyada güclü və nüfuzlu dövlətə çevirib. Qazanılan bütün uğurların əsasında Heydər Əliyev siyasəti dayanır.

Şamaxı Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı Dövlət Regional Kollecinin müdiri İlham Vəliyev müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi barədə ətraflı danışıblar.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.