YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir

Tərtər rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Tərtər rayon təşkilatı iyunun 22-də rayon Mədəniyyət Mərkəzində tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub. Sonra “Şəhidlər” abidə kompleksi ziyarət edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Tədbirdə Tərtər şəhər 2 saylı məktəb-liseyin şagirdləri bədii-musiqili kompozisiya təqdim ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov  bildirib ki,  Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov söyləyib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Heydər Əliyevin müstəqillik dövründə ölkəmizə rəhbərliyi illəri xalqımızın öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

YAP İdarə Heyətinin üzvü Asif Əsgərli qeyd edib ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycanın müasir dövlətçilik tarixinin parlaq simasıdır. Xalqımızın yaddaşında silinməz izlər buraxan Ümummilli Liderimiz Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusudur.  

Akademik Vaqif Abbasov, Xalq şairi Vahid Əziz, Xalq artisti Teyyub Aslanov çıxışlarında Ümummilli Liderin xidmətlərinin ölçüyəgəlməz olduğunu deyiblər. Vurğulanıb ki, Azərbaycan bu gün dahi şəxsiyyətin müəllifi olduğu yeni inkişaf strategiyasının uğurlarını yaşayır.

Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qəbul olunmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyi tərəfindən hazırlanmış konsert proqramı ilə davam edib.