YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Dövlət müstəqilliyimiz Ümummilli Liderin siyasəti sayəsində əbədi xarakter alıb

YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib

“Heydər Əliyev İli” çərçivəsində iyunun 19-da Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının gənclərlə növbəti görüşü keçirilib. Tədbirdə partiyanın Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon təşkilatlarının üzvü olan fəal gənclər iştirak ediblər.

Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub. Sonra Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının silsilə tədbirlər keçirdiyini diqqətə çatdırıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini vurğulayan Zaur Muradov dahi şəxsiyyətin ideyalarının gənc nəslə aşılanmasının müstəsna önəmə malik olduğunu söyləyib.

YAP Veteranlar şurasının üzvü, “91-lər”dən olan professor Sudeyf İmamverdiyev bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, hər bir xalqın taleyində müstəsna rol oynayan, xilaskarlıq missiyası həyata keçirən tarixi şəxsiyyətlər var. Azərbaycan tarixində də məhz belə bir şəxsiyyət Ümummilli Liderimiz Heydər Əliyevdir. Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarıb və ölkəmizə möhtəşəm nailiyyətlər qazandırıb. Professor qeyd edib ki, Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanı Prezident İlham Əliyev dünyada güclü və nüfuzlu dövlətə, qalib ölkəyə çevirib.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vurğulayıb ki, belə görüşlərin keçirilməsində məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının gənclərə aşılanmasıdır. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət müstəqilliyimiz məhz Ümummilli Liderin qətiyyəti, zəngin təcrübəsi, güclü iradəsi, xalqına bağlılığı sayəsində əbədi xarakter almışdır. O, gəncləri Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyə çağırıb.

Sonda gənclərin sualları cavablandırılıb.