Gündəm
Əli Əhmədov: Azərbaycanın həyatındakı müsbət dəyişikliklər Azərbaycan qadınının həyatında da əksini tapıb
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/38709ef732f27de6c344444580700a0e.jpg&w=360)
“Azərbaycanın həyatındakı müsbət dəyişikliklər Azərbaycan qadınının həyatında da əksini tapıb. Bu, hər bir qadının Azərbaycanın həyatında necə əhəmiyyətli rol oynadığını dərk etməsində özünü göstərir”.
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Ümumrespublika Konfransında Baş nazirin müavini, YAP-ın Sədr müavini- icra katibi Əli Əhmədov söyləyib.
Ə. Əhmədov deyib ki, qadının ictimai həyatda cəmiyyətin ümumi inkişafında çox mühüm rol oynayır: “Azərbaycan cəmiyyətinin 50 faizini qadınlar təşkil edir. Biz bu potensialdan istifadə edərək Azərbaycanın daha da inkişafına nail ola bilərik”.