YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnsan dövlətinə asi olarmı?!

“Qələbəmizi həzm edə bilməyən, uğurlarımızdan narahatlıq keçirən, inkişafımızdan, xüsusən də işğaldan azad etdiyimiz Qarabağımızda aparılan böyük quruculuq işlərindən, Böyük Qayıdışa start verilməsindən pərişan olan daxili və xarici düşmənlərimiz özlərinə yer tapa bilmirlər. Düşməni başa düşmək olar, onların bizə dost münasibəti göstərəcəklərini də gözləmirik. Amma özünü azərbaycanlı adlandırıb Azərbaycanın milli maraqlarına qarşı çıxmaq ləyaqətsizlikdir. İnsan yurduna, yuvasına, doğma torpağına, dövlətinə asi olarmı, düşmənin dəyirmanına su tökərmi?”.

Bu fikirləri YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyib.

O bildirib ki, Tofiq Yaqublu kimilərin ermənilərlə ortaq mövqedə olması qəbuledilməzdir: “Tofiq Yaqublu bütün sərhədləri aşaraq Azərbaycan dövlətinin əleyhinə qarayaxma kampaniyası aparır, xalqın iradəsini ifadə edən Yeni Azərbaycan Partiyasına qarşı sosial şəbəkələrdə “hücumlar” təşkil edir. Faktlar təsdiqləyir ki, o, avantürist və xəyanətkardır. Məhz indi təmsil olunduğu partiyanın hakimiyyətdə olduğu illərdə torpaqlarımız düşmən əlinə keçdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi Yaqublu və onun kimiləri ciddi narahat edib. Ona görə də bütün imkanları ilə uğurlarımızın əleyhinə çıxış edirlər. Belə psevdovətənpərvərləri artıq hamı tanıyır”.