YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin xatirəsi ehtiramla anılıb

Nərimanov rayonunda torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şirəli Adilovun doğum günü məzarı önündə qeyd olunub.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları Şirəli Adilovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, şəhid Şirəli Adilov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.