Xəbərlər
Oman Sultanı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir: "Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, Zati-alinizə xoşbəxtlik və möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".