YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji təminatı sahəsində aparıcı ölkə

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. Dünyanın əsas dövlətləri bu tədbirə böyük maraq göstərirlər. ABŞ Prezidentinin və Böyük Britaniyanın Baş nazirinin bu tədbirə məktub göndərmələri deyilənləri təsdiq edir. Bir sözlə desək, Bakı Enerji Həftəsi qlobal əhəmiyyətə malikdir. Müasir dünyada Azərbaycan enerji təminatı sahəsində aparıcı ölkələrdən biridir.

Bakı Enerji Həftəsi enerji həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz  sərgisinin rəsmi açılış mərasimində çıxış edərkən Prezident İlham Əliyev ölkəmizin beynəlxalq əhəmiyyətli enerji layihələrindən bəhs etdi. Ölkə başçısı xatırlatdı ki, Xəzər neft-qaz sərgisi ölkəmizdə 1994-cü ildən keçirilir. Məhz həmin il “Əsrin müqaviləsi” imzalanıb ki, bununla da ölkəmizdə vəziyyət kökündən dəyişib, sərmayələr cəlb edilib, geniş iqtisadi sabitlik təmin olunub və Azərbaycanın firavan gələcəyinin təməli qoyulub. Ötən dövr ərzində Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb.

28-ci Beynəlxalq Xəzər Neft və Qaz  sərgisinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev bildirdi ki, müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur. Ölkə başçısı vurğuladı ki, Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın və lider, aparıcı ölkə olsun.  Bir halda ki, ölkəmizin böyük həcmdə bərpaolunan  enerji potensialı da mövcuddur. Artıq ilkin hesablama aparılıb və bərpaolunan enerji potensialının 157 qiqavat həcmi yalnız Xəzər dənizindədir. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək. Ümumiyyətlə, bərpaolunan  enerji ilə bağlı şirkətlərin Azərbaycana olan böyük maraqları bunu  bir daha sübut edir. Bir sözlə, ölkəmiz enerji marşurutları ilə paralel olaraq enerji mənbələrini də şaxələndirir.

Bakı Enerji Həftəsi enerji həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz  sərgisinin rəsmi açılış mərasimində çıxış edərkən Prezident İlham Əliyev onu da qeyd etdi ki, Azərbaycan qazına ehtiyac artmaqdadır. Son il yarım ərzində Azərbaycana 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmi artırılsın və ya həmin ölkələrə təchizata başlanılsın.

Ölkə başçısı 28-ci Beynəlxalq Xəzər Neft və Qaz  sərgisinin rəsmi açılış mərasimində xüsusilə qeyd etdi ki, görüləcək işlər çoxdur. Belə ki, TANAP və TAP layiələri  genişlənməlidir. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər isə əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir.