YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq əlaqələrimizin qədim tarixi var

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi əsas yer tutur. Bu reallıq hər zaman xüsusi qeyd edilir ki, tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da möhkəmlənib. Bunu qarşılıqlı səfərlər və imzalanan sənədlərin say tərkibi də təsdiqləyir.

May ayının 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ölkəmizdə rəsmi səfərdə oldu. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Ölkələrimiz arasında siyasi münasibətlər yüksək səviyyədədir.  İsrail 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində iki ölkə arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb.  Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olundu.

Azərbaycan və İsrail Prezidentlərinin mətbuata bəyanatlarında dövlət başçısı İlham Əliyev “Sizin səfəriniz ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Əminəm ki, səfər bizim ikitərəfli əlaqələrimizi gücləndirəcək” söyləyərək onu da bildirdi ki, aramızda çox fəal siyasi dialoq var. Səfər zamanı ikitərəfli gündəlikdə duran önəmli məsələlərin müzakirə edilməsi üçün daha çox imkanlar mövcuddur.  Bu il İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.

Azərbaycan ilə İsrail arasındakı qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Mətbuata birgə bəyanatda bu mühüm məqam da xüsusi qeyd edildi ki, İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Dünya azərbaycanlılarının diaspor təşkilatları var. Lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, bölgünün olmadığını nümayiş etdirir. Əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var.

Dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, müstəqil ölkə olaraq Azərbaycanın 31 yaşı var. Lakin qədim tarixə malikik. Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuş və bu gün də belə olmaqda davam edirlər. Bu, ölkələrimiz arasında mədəni körpülərdir. Buna görə onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir.

Azərbaycan tolerant, mulltikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi daim dünyanın diqqətindədir. Azərbaycan-İsrail münasibətlərinin daha da inkişafı üçün geniş imkanlar yaranır.