YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Mərkəzi Aparatında Almaz Həşimovanın 70 illik yubileyi münasibətilə görüş keçirilib

İyunun 2-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Füzuli rayon təşkilatının sədri Almaz Həşimovanın 70 illik yubileyi münasibətilə görüş keçirilib.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edib, partiyadakı səmərəli fəaliyyətinə görə təşəkkür edib. 

YAP Sədrinin müavini bildirib ki, uzun illər rəhbər vəzifələrdə çalışan Almaz Həşimova səmərəli və məqsədyönlü fəaliyyət göstərib, Azərbaycanın ictimai-siyasi həyatında həmişə fəal mövqeyi ilə seçilib. 

Tahir Budaqov qeyd edib ki, Almaz Həşimova 2011-ci ildən partiyanın Füzuli rayon təşkilatına rəhbərlik edib: “Bu dövr ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səy və bacarığınızı əsirgəməyibsiniz. Sizin əməyiniz və xidmətləriniz hər zaman yüksək qiymətləndirilib. Partiyamızın 30 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmağınız bunun bariz nümunəsidir”.

Görüşdə YAP Mərkəzi Aparatının rəhbəri onu da diqqətə çatdırıb ki, Almaz Həşimova təqaüd yaşına çatması ilə əlaqədar YAP Füzuli rayon təşkilatının sədri vəzifəsindən azad olunması ilə bağlı ərizə ilə müraciət edib. 

Yubilyarı doğum günü münasibətilə təbrik edən YAP Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Tağıyev və Mərkəzi Aparatın Siyasi təhlil, proqnozlaşdırma və seçkilərlə əlaqədar iş şöbəsi müdirinin müavini Asif İmaməliyev Almaz Həşimovanı hər zaman prinsipial, möhkəm əqidəli və dəyişməz mövqeyi olan vətəndaş kimi xarakterizə ediblər.

Göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirən  Almaz Həşimova Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduğunu bildirib. O, Prezident, partiyamızın Sədri cənab İlham Əliyevin liderliyi ilə ölkəmizin, o cümlədən Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində böyük nailiyyətlər qazandığını vurğulayaraq daim Heydər Əliyev ideyalarına sadiq qalacağını, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyəcəyini bildirib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov A.Həşimovaya möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.