Xəbərlər
Şəhid ailələri ziyarət olunub

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Gəncə şəhərinin Gülüstan qəsəbəsində şəhid kapitan İlham Fərzəliyevin və Tərtər rayonunun Bəyimsarov kəndində şəhid Mirzə Hüseynovun ailələri ziyarət olunub.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov şəhid övladlarını təbrik edərək onlara ən xoş arzularını çatdırıb
Şəhid övladlarına hədiyyələr təqdim olunub.