YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizamidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial aksiya keçiriblər

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının rəhbərliyi və fəalları 1 Iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial aksiya keçiriblər.

Aksiya çərçivəsində şəhid və qazi övladlarına baş çəkilib, bayram münasibətilə təbrik edilib, hədiyyələri təqdim olunub. Onlara bir daha valideynlərinin Vətən, dövlət qarşısında xidmətlərinə görə təşəkkür edilib.

Şəhid və qazi ailələri ilə ünsiyyət zamanı dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açılıb. Qeyd olunub ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub.

Şəhid ailələrinin üzvləri və qazilər də öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.