YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Poliqon” Strateji İntellekt Oyununun Zərdab rayon çempionatının qalibləri müəyyənləşib

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı tərəfindən “Poliqon” Strateji İntellekt Oyunu üzrə rayon çempionatı keçirilib.

YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzsiz xidmətlərindən danışıb, Ümummilli Liderin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacağını vurğulayıb.

Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gərgin mübarizə şəraitində keçən yarışda Gəlmə kəndini təmsil edən “Bayraktar” komandası 440 xalla birinci, Gənclər və İdman İdarəsini təmsil edən “Best Team” və Çallı kəndini təmsil edən “Zəfər” komandaları 350 xalla ikinci, Əlibəyli kəndini təmsil edən “Uğur” komandası isə 325 xalla üçüncü yerə layiq görülüb.

Sonda qalib komandalara kubok və diplomlar təqdim edilib.