YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukraynalı məşqçi: "Azərbaycan, belə gözəl təşkil edilmiş idman tədbirinə görə təşəkkür!"

Azərbaycan irimiqyaslı idman tədbiri – I Avropa Oyunlarının təşkili məsələlərinin öhdəsindən yaxşı gəlib.

Bu barədə Trend-ə Bakıda I Avropa Oyunları çərçivəsində suya tullanma üzrə Ukrayna komandasının məşqçisi Sergey Qumenyuk deyib.

Onun sözlərinə görə, I Avropa Oyunları çərçivəsində yarışlar yaxşı əhvali-ruhiyyədə keçir və yüksək səviyyədə təşkil olunub: “İlk dəfədir Bakıdayam. Bu cür ciddi oyunlara belə hazırlıq işləri məni heyrətləndirdi. Hər şey yüksək səviyyədə və nizamlı şəkildə təşkil olunub. Azərbaycan, belə gözəl təşkil edilmiş idman tədbirinə görə təşəkkür!”