YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Qəhrəmanova: Gender bərabərliyi idman sahəsində də lazımi səviyyədə təmin olunub

«İlk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindən vətəndaş olaraq hər birimiz qürur duyuruq». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Sədaqət Qəhrəmanova deyib.

S.Qəhrəmanova bildirib ki, bütün dünyada idman sülh, dostluq tədbiri hesab olunur. Onun sözlərinə görə, bu tədbiri yüksək səviyyədə təşkil etməklə Azərbaycan bütün dünyaya bu mesajları verir.

«Diqqətçəkən məqamlardan biri də budur ki, Oyunlarda kişilərlə bərabər qadınlar da böyük inamla yarışırlar. Yəni yarışlarda iştirak baxımdan qadınların da sayı xeyli çoxdur. Bu amil də Oyunların əhəmiyyətinə əlavə rəng qatır. Bir sözlə, gender bərabərliyi idman sahəsində də lazımi səviyyədə təmin olunub»- deyə, S.Qəhrəmanova vurğulayıb.