YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: İlk Avropa Oyunlarının möhtəşəm açılışı Azərbaycan dövlətinin qələbəsidir

«İlk Avropa Oyunlarının möhtəşəm açılışı və bu gün Oyunların uğurla davam etməsi Azərbaycan dövlətinin qələbəsidir». Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, İlk Avropa Oyunlarını uğurla keçirməklə  Azərbaycan Avropa üçün yeni standartlar müəyyən edir. Onun sözlərinə görə, Oyunların möhtəşəm açılış mərasimi ilə bütün dünya şahidi oldu ki, Azərbaycan xalqı böyük xalqdır.

«Ümumiyyətlə, ilk Avropa Oyunları təkcə idman tədbiri kimi əhəmiyyət kəsb etmir. Onun daha geniş bir önəmi var. Bu hadisə gənclərimizin sağlam həyata marağını daha da artıracaq, pis vərdişlərdən uzaqlaşdıracaq. Yaradılan idman infrasturkturu uzun illər xalqımızın, xüsusilə gənc nəslin istifadəsində olacaq. Ölkəmizdə idmanın inkişafı cəmiyyətimizin inkişafına, xalqımıza xidmət edir»- deyə, komitə sədri vurğulayıb.